Rusiyanın rok-qrupu Dağlıq Qarabağda pulsuz konsert verəcək
Rusiyanın rok-qrupu Dağlıq Qarabağda pulsuz konsert verəcək
02 Avqust 2016 / 16:29 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın “Seqodnya noçyu” (“Bu gün gecə”) musiqi qrupu ermənilərin işğalı altında olan Dağlıq Qarabağda pulsuz konsert təşkil edir.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış elanda deyilir.

Məlumata əsasən, konsert avqustun 3-də “DQR” Mədəniyyət və gənclər sarayı”nda olacaq.

Maraqlıdır ki, konsert kommersiya xarakteri daşımır və giriş tamamilə pulsuzdur, bu isə ondan xəbər verir ki, musiqiçilərin Qarabağa səfəri əvvəlcədən kim tərəfindənsə maliyyələşdirilib.

Sözügedən qrup haqqında ilk məlumat 2001-ci ilə aiddir. Onun vokalçısı Nikita Kozlovdur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə