Rusiyanın müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib
15 Avqust 2016 / 12:25 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət edib. O, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Qonaq həmçinin görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib. Sonra S.Şoyqu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə