Rusiyanın Həmədan avibazasından istifadəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Rusiyanın Həmədan avibazasından istifadəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
20 Avqust 2016 / 12:34 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az Tasmin agentliyinə istinadən xəbər verir ki, İranın Müdafiə Naziri Hüseyn Dehqani Rusiya təyyarələrininin  Həmədan hərbi bazasında qəbul edilməsi Suriya hökümətinin xahişi ilə baş tutduğunu bildirib.

“Həmadan hərbi aviabazasında rus təyyarələrinin qəbulu Suriya hökumətinin terrorçularla mübarizə üçün bizə etdiyi müraciətə əsasən mümkün oldu”,-müdafiə nazirini deyib.
Hüseyn Dehqani onu da qeyd edib ki, Rusiya Federasiyasının Aerokosmik qüvvələrinə məxsus təyyarələr Həmədan aerobazasına yalnız yanacaq doldurmaq və silahlanmaq üçün enir.
Nazirin sözlərinə görə, İran hələ Rusiyaya digər hərbi bazalardan istifadə etmək icazəsi vermir. Lakin, zəruri olsa bu məsələyə yenidən baxıla bilər.
Qeyd edək ki, çərşənbə axşamı Rusiya təyyarələri “İslam Dövləti” və “Şebxat ən-Nüsri” obyektlərinə avizərbə endirmək üçün ilk dəfə İranın Həmədan aerodromundan istifadə edib. Daha əvvəl Rusiya hərbi təyyarələri Suriyanın Hmeymim aerodromundan istifadə edirdi.
Bizimxeber.az 

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə