bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rusiyanın Azərbaycanda AES tikmək istəyinə rəsmi Bakıdan reaksiya

2063 oxunma | Tarix: | 1 həftə öncə

“Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir”. Bunu bu gün baş tutan brifinqdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov söyləyib. 

O, Rusiyanın Azərbaycanda Atom Elektrik stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi olduğunu təsdiqləyib: “Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib.

XƏBƏRLƏR:  Zelenski əsas missiyasını açıqladı

Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə baş tutan görüşlərinin yekunlarına əsasən Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidentdi Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstəriləbiləcəyini istisna etməyib.

XƏBƏRLƏR:  490 nəfər saxlandı - Onlar arasında uşaqlar da var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir