“Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb”
“Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhə yaranıb”
18 Noyabr 2016 / 13:35 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu.”

Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, “bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb.”

“İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu.” – deyə Asim Mollazadə əlavə edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə