Rusiyanın adalarına nə olub? – ŞOK FAKTLAR
Rusiyanın adalarına nə olub? – ŞOK FAKTLAR
29 Noyabr 2016 / 10:45 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şimal Buzlu okeanda Rusiyaya məxsus bir neçə ada, o cümlədən Semyonovskiy və Vasilevskiy adaları yoxa çıxıb.

Buna səbəb sözügedən adaların su altında qalmasıdır.

Rusiyanın Tomsk Politexnik Universitetinin Arktik Karbon Araşdırmaları Beynəlxalq Laboratoriyasının rəhbəri İqor Semitov bildirib ki, sözügedən adaların yoxa çıxması qlobal iqlim dəyişikliyi və istiləşmə ilə əlaqədardır:

“İqlim dəyişikliyi qlobal istiliyin artmasına səbəb olur. Hazırda dünyada soyuqlaşma dövrünün baş verməsi gözlənilirdi. Ancaq gözlədiyimiz baş vermədi. Əksinə, qlobal istiləşmə müşahidə olunur. Bunun nəticəsində də Şimal Buzlu okeanında mövcud olan bir çox adalar əriyən buzlaq sularının altında qalır. Bu proses Şimal ölkələri, o cümlədən Rusiya üçün təhlükəlidir”.

İqor Semitov qeyd edib ki, son dövrdə qlobal istiləşmə nəticəsində Rusiyaya məxsus 20 ada su altında qalıb.(Publika.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə