Rusiyada seçkilərdə “Vahid Rusiya” Partiyası qalib gəlir -YENİLƏNİB
Rusiyada seçkilərdə “Vahid Rusiya” Partiyası qalib gəlir -YENİLƏNİB
19 Sentyabr 2016 / 9:49 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlir. Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%,  Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır. Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib. Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparıb.

***

Rusiyada keçirilmiş Dövlət Dumasına seçkilərdə  “Vahid Rusiya”  Partiyası qalib qəlir. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  bülletenlərin 70 faizinin hesablanmasından sonra “Vahid Rusiya” Partiyası 54,13%  səs toplayıb.

İkinci yerdə Kommunist Partiyası (13,78), üçüncü yerdə isə Liberal Demokrat Partiyası (13,53%)  qərarlaşıb.  “Ədalətli Rusiya”  Partiyasına seçicilərin 6,13  faizi səs verib. Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

***

Rusiyada parlament seçkiləri başa çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib.  Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə