Rusiyada partlayış: Bina dağıldı, sakinlər dağıntılar altında qaldı
Rusiyada partlayış: Bina dağıldı, sakinlər dağıntılar altında qaldı
06 Noyabr 2016 / 10:36 / Baxış sayı: 1292
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın İvanovo şəhərində ikimərtəbəli bina qaz sızmasından partlayıb.

Bizimxeber.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində binanın 80 kvadrat metrlik hissəsi uçub.

Qismən uçan binanın dağıntıları altından 5 sakin xilas edilib, onlardan biri ciddi xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya FHN-nin bölgə üzrə Baş İdarəsindən bildirilib.

“Birinci blokdan 6 nəfər, ikinci blokdan isə 8 nəfər  təxliyə olunub, dağıntılar altından 5 nəfər xilas edilib, onlardan biri ciddi xəsarət alıb”, – deyə FHN-dən bildirilib.

Həmçinin, dağıntılar altından iki nəfərin səsinin eşidildiyi bildirilir.

Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə