Rusiyada Medvedyevin istefası üçün imza toplanır
Rusiyada Medvedyevin istefası üçün imza toplanır
05 Avqust 2016 / 14:02 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bizimxeber.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın baş naziri Dmitriy Medvedyevin istefasını tələb edən change.org saytında yerləşdirilmiş petisiya bir günə 100 min imza toplayıb. 
Petisiyada qeyd olunub ki, toplanan imzalar Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək . İmza toplanan petisiyanın müəllifi Moskva sakini Aleksandr Lidir.
Dmitriy Medvedyevin istefasını tələb edən petisiya  onun avqustun 3-də  “fikir ərazisi ” forumunun əməkdaşları ilə danışandan sonra ortaya çıxıb. Baş nazirdən narazılıq onun  maaşlarından narazı olan müəllimlərə bizneslə məşğul olmağı təklif etdikdən sonra yaranıb.
Dmitriy Peskov petisiyanın yaranması barədə danışanda bəyan edib ki, Kremldə hələ bununla tanış olunmayıb. “Mən düşünmürəm bu hər hansı reaksiya tələb edir. Amma hər halda petisiyanın xarakterindən asılı olaraq münasibət bildiriləcək”, -Peskov deyib.
Daha əvvəl də change.org saytında Rusiya Federasiyasının futbol yığmasının komanda üzvlərinin buraxılmasını xahiş edən petisiya yerləşdirilmişdi. O petisiya 925 min imza toplaya bilmişdi.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə