Rusiyada istintaq idarəsinə azərbaycanlı rəis təyin edildi
Rusiyada istintaq idarəsinə azərbaycanlı rəis təyin edildi
25 Avqust 2016 / 17:04 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Federasiyasının İstintaq komitəsinin əmri ilə polkovnik-leytenant Dinar Süleymanov Tümen vilayətinin Lenin dairəsinin istintaq bölməsinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumat üçün bildirək ki, 1978-ci il təvəllüdlü D.Süleymanov ali təhsilli hüquqşünasdır. O, 2011-ci ildən istintaq şöbəsində işləyib.

2000-ci ildə Ural Dövlət Hüquq Akademiyasını bitirdikdən sonra Çelyabinsk vilayətinin Troitsk şəhər prokurorluğunda, Tümen vilayətinin Armizon rayonunda istintaq komitəsində müstəntiq vəzifəsində çalışıb. 2007-ci ildə Tümen vilayətinin İşım rayonunun istintaq şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib. 2014-cü ildən isə Qolışmanov rayon istintaq bölməsinin rəhbəri vəzifəsində işləyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə