Rusiyada həbsxanada “Brat” ləqəbli azərbaycanlı öldü
Rusiyada həbsxanada “Brat” ləqəbli azərbaycanlı öldü
31 Avqust 2016 / 20:48 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

İ. Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə