Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı
Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı
23 Avqust 2016 / 16:03 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib. Buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.

CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini rədd edib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsini (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı.

Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən ən azı 35 dopinq analizinin 2011-15-ci illərdə itdiyini iddia edib. RPK avqustun 15-də CAS-a müraciət etsə də, istəyinə çatmayıb.

Qeyd edək ki, Rioda baş tutacaq Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə