“Rusiya Ukranya ilə diplomatik əlaqələri kəsməyə maraqlı deyil” – Lavrov
“Rusiya Ukranya ilə diplomatik əlaqələri kəsməyə maraqlı deyil” – Lavrov
15 Avqust 2016 / 13:52 / Baxış sayı: 728
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynann Krımın stabilliyini pozmaq üçün diversiya planı barədə Rusiya hökumətində təkzibedilməz dəlillər var. Bizimxeber.az rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri RF-nın Xarici İşlər Naziri S.Lavrov Almaniyalı həmkarı Frank Valter Ştanmayerlə müzakirələrdən sonra bəyanatında bildirib. Çıxış “Rossiya24” kanalı ilə canlı yayımlanıb. 

O, bildirib ki, Rusiya Ukrayna ilə diplomatik əlaqələrin pozulmasında maraqlı deyil. “Mənə elə gəlir ki, indi ən əsas məsələ emosiyalardan uzaq olmaq və ekstremal hərəkətlərə şərait yaratmaq lazım deyil. Təmkinlə vəziyyəti stabilləşdirmək lazımdır”.

Lavrov ukrayna diversiya qrupunun hücumu nəticəsində rusiyalı hərbçilər həlak olmasına toxunaraq əlavə edib ki, bu hadisə Ukrayna ilə danışıqların normand formatında keçməsinə öz təsirini göstərib: “Biz dialoqun normand formatında perspektivini və mümkünlüyünü qiymətləndirdik”.

Almaniya Xarici İşlər Naziri Frank-Valter Ştanmayer öz növbəsində qeyd edib ki, Almaniya Rusiya və Ukrayna tərəfdən Krımda baş verən son hadisələrin araşdırma nəticələrini gözləyir.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə Rusiya xüsusi xidmət orqanları Ukrayna tərəfdən Krıma keçən diversiya qrupunun hücumunun qarşısını alıblar. Hadisə zamanı FTB-nun bir hərbçisi həlak olub.

Jalə
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə