Rusiya sərhədçiləri Şimali Koreya gəmisinə atəş açıblar
Rusiya sərhədçiləri Şimali Koreya gəmisinə atəş açıblar
15 Oktyabr 2016 / 23:58 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4
Bizimxeber
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 14-də Moskva vaxtı ilə saat 22:20-də (Bakı vaxtı ilə 23:20) Uzaq Şərqdə – Yapon dənizi hövzəsində KXDR bayrağı altında üzən “Daye Yanq 10” adlı gəmi Rusiyaya məxsus əraziyə daxil olaraq, sahil keşik gəmisinə hücum edib.

Virtualaz.org FTX-nin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, Rusiya sərhədçiləri həyati təhlükəni nəzərə alaraq, hücum edən şəxslərə atəş açmağa məcbur olublar. Hadisə nəticəsində bir koreyalı dənizçi öldürülüb, 9 nəfər yaralanıb.

Məlumatda deyilir ki, koreyalı dənizçilərin Rusiyaya məxsus gəmidəki silahları ələ keçirməsinin və FTX əməkdaşlarının həyatına törətdikləri təhlükənin qarşısını almaq məqsədilə əvvəlcə bir neçə dəfə havaya atəş açılıb.

Koreyalıların gəmisində qeyri-qanuni ovlanmış balıq aşkar edilib.

Yaralılara yerində yardım edilib, sərhədi pozmuş gəminin heyəti sərhəd gəmilərinə təhvil verilib.

KXDR-in Vladivostokdakı konsulluğuna hadisə ilə bağlı məlumat verilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə