Rusiya İsveçrəyə nota verib
Rusiya İsveçrəyə nota verib
20 Noyabr 2016 / 8:35 / Baxış sayı: 1022
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin “Rossiya” xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.

TASS xəbər verir ki, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən uçuşuna əvvəlcədən razılıq alınmışdı.

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistləri olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə