Rusiya gəmiləri Xəzər dənizində irimiqyaslı təlimlər keçirdi
Rusiya gəmiləri Xəzər dənizində irimiqyaslı təlimlər keçirdi
28 Avqust 2016 / 11:27 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının qəfil yoxlanılması çərçivəsində mina maneələrin məhv edilməsi üzrə hərbi təlimlər keçirib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edilib.

Bütövlükdə qəfil yoxlama tədbirlərinə təqribən 30 gəmi və kater, 40-dək təkərli və tırtıllı texnika cəlb olunub.

Təlimlər zamanı gəmi heyətləri üzən minalara artilleriya atışları həyata keçirib və müxtəlif vasitələrlə minaların partladılmasını icra ediblər.

Bundan əvvəl Xəzər donanmasının dəniz piyadalarının Dağıstanın “Adanak” dağ poliqonunda silahlıların məhv etdirilməsi üzrə təlimlər keçiriblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə