Rusiya elan etdi: Artıq zamanı gəldi, onları məhv etməliyik!
Rusiya elan etdi: Artıq zamanı gəldi, onları məhv etməliyik!
28 Oktyabr 2016 / 18:52 / Baxış sayı: 390
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Hələbdə Əl-Nüsrə cəbhəsi ilə əlaqəsini qoparmayan bütün müxaliflərin hədəfə alınacağını bildirib.

Bakipost.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrov Suriya xarici işlər naziri Vəlid Muallim və İran xarici işlər naziri Cavad Zərif ilə görüşdükdən sonra jurnalistlərə açıqlama verib. Lavrov deyib ki, Suriyanın müharibədən başqa bir yolu qalmayıb.
Onun fikrincə, Amerika Rusiyanın bu addımını dəstəkləyəcək. Rusiya hava qüvvələrinin 10 gündür ki, Hələbdə əməliyyatlar keçirdiyini söyləyən nazir “Terroristləri məhv etmək lazımdır. Necə ki, qərbli tərəf müqabillərimizin sözləri yalnızca kağız üzərində qalırsa, biz də bunun tam əksini etməliyik və hərəkətə keçməliyik. Hələbdə olan müxaliflərin Əl-Nüsrədən ayrılmaq kimi bir niyyətləri yoxdur. Bu səbəbdən də onları da terroristlərin siyahısına əlavə edib məhv etməliyik”, deyə vurğulayıb.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə