Rusiya Dövlət Dumasının yeni tərkibdə ilk iclası
Rusiya Dövlət Dumasının yeni tərkibdə ilk iclası
05 Oktyabr 2016 / 14:31 / Baxış sayı: 548
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Dövlət Dumasının 7-ci çağırışının ilk iclası keçirilib.

İclasa Dumanın ən yaşlı deputatı, Kommunist Partiyası fraksiyasının üzvü, Nobel mükafatı laureatı Jores Alfyorov sədrlik edib. J. Alfyorov Dumanın ilk iclasını açıq elan edib. Rusiyanın dövlət himni səslənib.

Rusiya prezidenti Vladimir Putin toplantıda çıxış edib. O, Dumanın keçmiş tərkibinə və sədri Sergey Narışkinə təşəkkürünü bildirib. V. Putin seçki kampaniyasının açıq və ədalətli keçdiyini söyləyib.

Qeyd edək ki, bu ilin sentyabrın 18-də Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilər keçirilib. Seçkidə iqtidarda olan “Vahid Rusiya” Rusiya partiyası qalib gələrək 343 deputat mandatı ilə konstitusion çoxluğu əldə edib. Kommunist Partiyası 42, Liberal Demokrat Partiyası 39, “Ədalətli Rusiya” 23 mandatla fraksiya yaratmaq hüququ qazanıblar.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə