Rusiya BMT Şurasından çıxarıldı
Rusiya BMT Şurasından çıxarıldı
29 Oktyabr 2016 / 16:53 / Baxış sayı: 1302
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya BMT İnsan Haqları Şurasının tərkibinə daxil olmayıb.

Keçirilən səsvermə zamanı Rusiya 112 səs toplayıb. Şuraya isə onun Şərqi Avropadan olan rəqibləri Macarıstan və Xorvatiya üzv seçilib.

Qeyd edək ki, İnsan Haqları Şurasına 14 yeni üzv seçilib. Bu ölkələr sırasına Macarıstan, Xorvatiya, Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, ABŞ, Tunis, Cənubi Afrika Respublikası və Yaponiya daxil olublar. Yeni şuranın üzvləri 2017-2019-cu illər ərzində fəaliyyət göstərəcəklər.

Bundan öncə İnsan Haqları Şurasında Rusiyanın Hələbi bombardman etməsi kəskin tənqid edilib. Moskvanı bu məsələ ilə bağlı daha çox Böyük Britaniya qınaq obyektinə çevirib.(Axar.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə