“Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdır” – Erməni deputat
“Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdır” – Erməni deputat
18 Oktyabr 2016 / 15:11 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün “Azad demokratlar” partiyasının sədri, Ermənistan Milli məclisinin deputatı Xaçatur Kokobelyan jurnalistlərlə söhbətində bir sıra səs-küylü açıqlama verib. O deyib: 

“Dəqiq anlamaq lazımdır ki, KTMT bu gün yalnız Rusiya tərəfindən həyata keçirilən siyasətin maraqları üçün istifadə edilir. Dörd günlük aprel müharibəsindən sonra Rusiya faktiki olaraq Dağlıq Qarabağın ətrafındakı beş rayonun qaytarılmasına razılıq verib. Bu barədə həmin ölkənin hakimiyyətinin rəsmi mövqeyini təmsil edən şəxslər çəkinmədən danışırlar.

Təəssüflə bildirməliyəm ki, indiyə qədər erməni tərəfi bu məsələyə rəsmi cavab verməyib. Ermənistan parlamentinin deputatı kimi mən Ermənistanın Müdafiə Nazirliyinə və XİN-ə rəsmi sorğu göndərməyə hazırlaşıram, belə ki, bu məsələ ətrafında heç bir müzakirə aparılmayıb, erməni tərəfi hər hansı bəyanat verməyib”, – Kokobelyan deyib.

Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, deputatın sözlərinə görə, Bakının KTMT-yə təsiri həmin qurumun üzvü olan Ermənistandan daha güclüdür.

“KTMT bugünkü siyasi hakimiyyətə uyğunlaşdırılmış alətdir və bunun vasitəsilə Ermənistanın təhlükəsizliyi məsələsi həll edilə bilməz. Buna ən yaxşı sübut odur ki, KTMT-nin iclasının gedişatında KTMT üzvü olan heç bir dövlətin prezidenti aprel müharibəsindən danışmadı, baxmayaraq ki. Ermənistan bu qurumun tam hüquqlu üzvüdür. Buradan belə nəticə çıxarmaq olar ki, rəsmi Bakının KTMT-yə təsiri bizimkindən daha çoxdur”, – erməni deputat deyib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə