Rusiya Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı
Rusiya Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı
05 Sentyabr 2016 / 15:31 / Baxış sayı: 722
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, “Qafqaz-2016” adlı strateji komanda-qərargah təlimi beş gün davam edəcək.

12,5 min hərbçinin iştirak etdiyi təlim Cənub Hərbi Dairəsinin poliqonlarında, Qara dəniz və Xəzər hövzələrində keçirilir. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq.

Artıq motoatıcı rezervistlərin batalyonu Sibirdən Cənub Hərbi Dairəsinə gətirilib. Batalyon Novosibirsk Ali Hərbi Komandanlıq məktəbinin bazasında yeni səfərbərlik sisteminin eksperimenti məqsədilə yaradılıb.

Qeyd olunub ki, buna qədər təlim iştirakçıları atıcılıq üzrə normativlər icra edib, psixoloji hazırlıq kursu keçib və şərti düşmənin məhv edilməsi yönündə tapşırıqlar yerinə yetirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə