Rusiya, Azərbaycan, İran prezidentlərinin ilk sammiti keçirilir-BAKIDA
Rusiya, Azərbaycan, İran prezidentlərinin  ilk  sammiti keçirilir-BAKIDA
08 Avqust 2016 / 10:48 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putin bu gün, avqustun 8-də Azərbaycan və İranın dövlət başçıları İlham Əliyev və Həsən Ruhani ilə görüşmək üçün Bakıya səfər edəcək.

Bizimxeber.az xəbər verir ki, prezidentlərin bu formatda görüşü ilk dəfə keçiriləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasına görə, Rusiya prezidenti ilk olaraq İlham Əliyev, sonra isə Həsən Ruhani ilə görüşəcək.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu hələ ki, açıqlanmır, lakin başda energetika məsələsi olmaqla ticari-iqtisadi sahədə üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri gündəlikdə durur. O, həmçinin bildirib ki, dövlət başçıları bir sıra aktual regional və beynəlxalq problemləri, o cümlədən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də diqqət mərkəzində olacaq.

Uşakov qeyd edib ki, sammitdə bütün Avrasiya üçün mühüm olan və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq Rəşt (İran) – Astara (Azərbaycan) dəmiryolu magistralının inşası layihəsinin müzakirəsi böyük əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-dən Azərbaycanda səfərdədir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə