Rus qırıcıları Britaniyaya yaxınlaşdı – Gərginlik
Rus qırıcıları Britaniyaya yaxınlaşdı – Gərginlik
23 Sentyabr 2016 / 14:13 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya bombardmançıları Britaniya hava sahəsinə yaxınlaşıb. Qərb hərbi dairələrində “Bləkcək” ləqəbi ilə tanınan “Tupolev 160” bombardmançıları Norveç istiqamətindən gələrək Britaniyanın Şetland adalarına yaxınlaşıblar.

BBC xəbər verir ki, hadisədən dərhal sonra Britaniya Kral Hava Qüvvələrinin iki “Tayfun” qırıcısı Şotlandiyadakı Lusimaus hərbi bazasından havaya qaldırılıb. Britaniya Müdafiə Nazirliyi rus bombardmançılarının Krallığın hava məkanı yaxınlığından geri qaytarıldığını açıqlayıb.

Qeyd edək ki, ötən il ərzində Rusiya hərbi təyyarələri bir neçə dəfə Birləşmiş Krallığın hava məkanı yaxınlığında görünərək gərginlik yaradıb. Ötən ilin dekabrında Britaniyanın hərbi rəsmiləri Moskvadakı həmkarları ilə bu barədə müzakirələr aparsa da, insident təkrarlanmaqda davam edir.

Ötən ilin sentyabrında keçmiş Rusiya generallarından Yevgeni Bujinski “Teleqraf” nəşrinə açıqlamasında Rusiya uzaqmənzilli nüvə bombardmançılarının Britaniya sərhədi boyunca uçuşlarının casusluq xarakteri daşıdığını etiraf etmişdi.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə