Rus jurnalist: “Azərbaycanın turizm potensialı çox yüksəkdir” – FOTOREPORTAJ
Rus jurnalist: “Azərbaycanın turizm potensialı çox yüksəkdir” – FOTOREPORTAJ
16 Noyabr 2016 / 21:45 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın ən nüfuzlu media orqanlarından olan Lenta.ru saytı “Azərbaycanla ruhlanma” adlı fotoreportaj dərc edib.

Milli.Az bildirir ki, jurnalist Tatyana Yakovleva ölkəmizi dolaşaraq Azərbaycanın füsunkar təbiətindən bəhs edib.

 “Rusiyalı turistlər arasında Azərbaycan populyar yay istirahəti məkanlarından biridir. Əsas səbəblər arasında Rusiya ilə Azərbaycan arasında birbaşa aviareyslərin olması, həm də Azərbaycanda 90 gün vizasız qalmaq imkanıdır. Azərbaycan rusiyalı turistlər üçün Misir və Türkiyə kurortlarına ən real, ciddi alternativdir. Azərbaycanın turizm potensialı çox yüksəkdir və Xəzər sahili ilə bitmir”, – T.Yakovleva yazıb.
Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə