Rus əsgərlərinin çəkmələri yenə İran torpağına dəydi: 75 il sonra…
Rus əsgərlərinin çəkmələri yenə İran torpağına dəydi: 75 il sonra…
17 Avqust 2016 / 15:36 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Tu-22M3 strateji bombardmançılarının Suriyadakı hədəflərə zərbə endirmək üçün İranın Həmədan aviabazasında yerləşdirilməsi Qərb mediasının aparıcı mövzularından biridir. Britaniyanın “The Daily Telegraph” qəzeti bu mövzudakı məqaləsində 20-ci əsrin tarixinə kiçik bir ekskurs edib. “İkinci Dünya Müharibəsinin ən qızğın çağında Rusiya Britaniya ilə birləşərək almanpərəst şahı devirmək üçün İranı işğal etmişdilər”-qəzet yazır.

Məqalədə deyilir ki, məhz 1941-ci ildə həyata keçirilmiş həmin əməliyyatdan bəri Rusiya qüvvələri ilk dəfə olaraq təkrar İrana gəlib: “Bu dəfə müdaxilənin adı Suriyadakı hədəflərin daha yaxından vurulmasıdır”.

Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Tu-22 və Su-34 təyyarələri bombalarla dolu vəziyyətdə Tehranın 320 kilometrliyində, Həmədan əyalətində yerləşən bazadan havaya qalxıb.

“The Telegraph” yazır ki, Rusiyanın hər hansı bəyanatlarına inamın az olduğu bir vaxtda, bu dəfə Müdafiə Nazirliyi öz saytında təyyarənin videosunu yerləşdirib. Məqalədə deyilir ki, 1979-cu il inqilabından bu yana İran heç bir xarici dövlətin onun ərazisində hərbi əməliyyat keçirməsinə yol verməmişdi.

Qəzetin yazdığına görə indi Rusiya bombardmançı təyyarələrinin İrana enməsi, Suriya prezidenti Bəşər Əsədi müdafiə edən Moskva və Tehranın nə dərəcədə yaxınlaşdığını göstərir: “Lakin bu müdaxilə hərbi uğurun göstəricisi deyil, Əsəd, qiyamçıların alyansı onun Hələbdəki istehkamını qırdıqdan sonra yenidən müdafiə mövqeyindədir”.

Məqalədə deyilir ki, Əsəd və İran qüvvələri qiyamçıların bu hücumunun qarşısını almaq istəyirlərsə, Rusiyanın daha çox hava zərbələrinə ehtiyacları olacaq.

İndiyədək aviasiya zərbələri üçün Suriyadakı bazalardan və ya Rusiyanın özündən qalxan təyyarələr indi İrandan uçmaqla vaxta qənaət edəcək və əslində daha çox zərbə endiriəcəklər. “Lakin axı cəmi beş ay bundan əvvəl prezident Vladimir Putin iftixarla elan etmişdi ki, missiyanı “ümumən yerinə yetirmiş” Rusiya qüvvələri vətənə qayıdırlar” – qəzet yazır.

Məqalədə deyilir ki, indi Rusiyanın İrandakı bazaya möhtac olması Putinin həmin bəyanatının uydurma olduğunu göstərib. “The Telegraph” yazır ki, qısası, Rusiya indi faktiki olaraq iki Yaxın Şərq ölkəsinin ərazisindədir. Amerikanın İslam Dövləti qruplaşmasına qarşı zərbələri çıxmaq şərtilə Suriyadan kənarda durmaq qərarı Putin üçün boşluğu doldurmaq imkanı yaradıb. Qərb buradan geri çəkilərkən, Rusiya müdaxiləsini, indi artıq İran da daxil, genişləndirib.

“The Telegraph” yazır ki, buradan başqa bir lider də nəticə çıxarmalıdır.

Rusiyanın İrandan uçuşlara başlaması Əsəd üçün belə bir işarə olacaq ki, Moskva onun rejimini qorumaq üçün nəyə desən, gedəcək. “Təhlükə də bundadır ki, Əsəd cənab Putinin bunu elə-belə etdiyini düşünsün”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə