Rus əsgər Ermənistanı təlaşa saldı
Rus əsgər Ermənistanı təlaşa saldı
03 Avqust 2016 / 12:40 / Baxış sayı: 928
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanın Gümrü şəhərində yerləşən Rysiyanın 102-ci hərbi bazasından əsgər qaçıb. Qaynarinfo.Az yerli mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan polisinin mətbuat xidmətidən məlumat verilib. 

Məlumatda bildirilir ki, Rusiya hərbi bazasından əsgərin qaçması ilə bağlı polisə informasiya daxil olub. Dərhal əsgərin axtarışına başlanılıb. Silahsız hərbi hissəni tərk edən əsgərin saxlanılaraq geri qaytarıldığı bildirilir.

Gümrü şəhərində yaşayan mülki ermənilərdən biri açıqlamasında səhər saatlarında şəhərdə əsgər gördüyünü deyib.

Qeyd edək ki, Rusiyanın Gümrü şəhərindəki 102-ci bazada xidmət edən rus əsgər, sıravi Valeri Permyakov 2015-ci ilin yanvarın 12-də hərbi bazanı özbaşına tərk etmiş və daha sonra bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Bu olaydan sonra Ermənistanda rus əsgərlərinə nifrət və qorxu yaranıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə