Rüfət Səfərovun vəkili vaxt istədi
Rüfət Səfərovun vəkili vaxt istədi
08 Sentyabr 2016 / 10:33 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədə müdafiə çıxışı üçün vaxt verilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatət qismən təmin olunub və məhkəmə prosesi bu gün saat 16:30-dək təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı R.Səfərov barəsində 10 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasının verilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi və o azadlığa buraxıldı.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə