Rüfət Səfərov 9 il azadlıqdan məhrum edildi – YENİLƏNİB
Rüfət Səfərov  9 il azadlıqdan məhrum edildi – YENİLƏNİB
08 Sentyabr 2016 / 18:15 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.  O bildirib ki, Rüfət Səfərov son sözə vaxt istəsə də, ona bu şans verilməyib.  Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gedib.

Hakimlər kollegiyasının  hökmünə əsasən Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Vəkil bildirib ki, verilən hökümdən apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, prokuror çıxışında Rüfət Səfərovun 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

*****

Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərov barəsində olan cinayət işi üzrə məhkəmə davam edib.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.  O bildirib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə R.Səfərovun vəkili  müdafiə çıxışı üçün vaxt istədik: “Vəsatət təmin edilmədi və hakim barəmdə məhkəməni qəsdən uzatması barədə xüsusi qərardad çıxardı”.

****

10:22

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu barədə  vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, çıxışa hazır olmadıqları ilə bağlı vəsatət veriblər. Vəsatət qismən qəbul edilib. Proses 16:30 qədər təxirə salınıb.

Xatırladaq ki, dünən çıxışında prokuror Rüfət Səfərova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb etmişdi.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə