Röya: “Sevgilim var” – VİDEO
Röya: “Sevgilim var” – VİDEO
19 Noyabr 2016 / 15:03 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əməkdar artist Röya Ayxan ATV-də yayımlanan “Qadına görə” verilişinin qonağı olub. Müğənni formada qalma sirrini açıqlayıb.

O bildirib ki, ac qalaraq arıqlayır: “Bir gün hər şey yeyirəm – xaş, piti. Səhəri isə ac qalıram. Mənim gözəllik sirrim məhəbbət, sevgidir. Burnumdan başqa heç bir plastik əməliyyat etdirməmişəm. Etdirənə pis baxmıram. 40 yaşıma çatanda yəqin etdirəcəm”.
Özünü güclü qadın adlandıran Röya “Sevgilin var” sualına belə cavab verib: “Sevgilim var. Ondan qarşılıqlı sevgi, enerji, hörmət görmüşəm. Eyni zamanda da güclü qadınam. Məni güclü edən insanlara sevgim, inamımdır. Hamı elə bilir ki, həyatımda hər ay, hər il yeni kimsə var. Başa düşmürlər ki, tanındıqca qorxursan”.
İfaçı qorxusundan da bəhs edib: “Ən böyük qorxum yaşlananda nə edəcəyimdi. Oturub düşünürəm ki, Hüseyn (oğlu – red.) böyüyəcək, evlənəcək, “evə gəl” deyəcəm gəlməyəcək. Bunları fikirləşəndə qorxuram”.
R.Ayxan baxımsız qadınları bəyənmədiyini söyləyib: “Baxımsız qadınları sevmirəm, onlara əsəbiləşirəm. Evdə olsan belə, özünə baxmalısan. Ətrafımda belə qadınlar var, onlarla həmişə dava edirəm”.
 
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə