bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rövşən Məmmədov onu vəzifədən azad etdi

1896 oxunma | Tarix: | 1 həftə öncə
 “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir.
QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq “Mədəniyyət” kanalının direktor müavini təyin olunub. Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb.

Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə “İdman” kanalının direktor müavini postunu həvalə edib.

XƏBƏRLƏR:  Fatma Mahmudova Ramalın adı gələndə... - "O müğənniciklər..."

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov xəbəri təsdiqləyib. Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir