Rövşən Lənkəranskinin qatili deyilən şəxsi tanıyın – FOTO
Rövşən Lənkəranskinin qatili deyilən şəxsi tanıyın – FOTO
17 Sentyabr 2016 / 11:47 / Baxış sayı: 1200
Font1 Font2 Font3 Font4
Bizimxeber
Türkiyədə öldürülən Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən daha bir avtoritrtin fotosu üzə çıxıb. Qətldə 4 nəfər şübhəli bilinir. Bunlar qətl törədilən vaxt R.Lənkəranskinin olduğu avtomobilin sürücüsü Tahir Can, killerləri Hacıbaba Talıxxanlı (Beyləqanski), Zaur İ. və Vahid M-dir. 
Tutulanlardan Onlardan yalnız Hacıbaba Beyləqanskinin fotosu yayılıb.
Criminal.az saytı R.Lənkəranskinin qətlində şübhəli bilinən Vahidin fotosunu əldə edib. Həmin foto bu il yanvarın 21-də Türkiyədə Lənkəranskinin ad günü məclisində çəkilib.
Xatırladaq ki, hadisə ilə bağlı Tahir C., Hacıbaba.T. ,Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb. Məlumata görə, polis tərəfindən aparılan istitaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir.
Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış.
Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstıxanada vəfat edib. Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi.  M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə