Rövşən Lənkəranskinin maşınında hansı silahlar var imiş? – FOTOLAR
Rövşən Lənkəranskinin maşınında hansı silahlar var imiş? – FOTOLAR
18 Avqust 2016 / 15:21 / Baxış sayı: 1544
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ötən gecə İstanbulda güllələnməsi ilə bağlı bəzi məqamlar açıqlanıb. Lent.az-ın Türkiyə mediasına istindən xəbərinə görə, İstanbul polisindən bildirilib ki, silahlı hücum zamanı Lənkəranskinin olduğu maşında ondan başqa daha iki nəfər var imiş.

Maşına atəş açan naməlum şəxslərə Lənkəranski və adamları da cavab atəşi qaytarıb. İstanbuldan polisinin açıqlamasına görə, hadisə yerində ağzına susdurucu taxılmış bir UZİ markalı avtomat və 1 Qlok markalı tapança aşkarlanıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə yerindən tapılan silahlar maşında hücuma məruz qalan şəxslərə məxsus olub. Hadisə yerindən eyni zamanda çox sayda mərmi də götürülüb.
Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə