“Rövşən Lənkəranski”nin adamını Gürcüstana deportasiya etdilər
“Rövşən Lənkəranski”nin adamını Gürcüstana deportasiya etdilər
23 Avqust 2016 / 11:56 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski” İstanbulda güllələnəndən sonra onun mafiyasının üzvü olan “vor zakon”u Moskvadan məcburi deportasiya ediblər.

“Prestupnaya Rossiya” saytına istinadən xəbərverir ki, “Çia” ləqəbli Laşa Bereteli Gürcüstana deportasiya edilib. Lakin maraqlıdır ki, Gürcüstanda “vor zakon” adı daşımağa görə sanballı “srok” nəzərdə tutulduğu halda “Çia”nın həbsi, yaxud ona qarşı ittihamın irəli sürülməsi haqda məlumat yoxdur. Məlumata görə “Çia” Gürcüstanda duruş gətirməyəcək və Rövşənin öldürüldüyü yerə-İstanbula gedəcək.

Xəbər verildiyi kimi bu yaxınlarda “Çia”nın başına şairanə əhvalat gəlmişdi. Sankt-Peterburqda onun dostu, kriminal aləmdə “Zura Kaxetinets” ləqəbi ilə tanınan Serqo Tsotsxalaşvili saxlanılıb. “Çia” isə bunu eşidərək polis bölməsinə gedib. Lakin onu polis bölməsində tanıyıblar və həbs edərək İstintaq İdarəsinə təhvil veriblər. Dostunu isə buraxıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə