Rövşən Lənkəranskini ölümündə Kürd izi?
Rövşən Lənkəranskini ölümündə Kürd izi?
18 Avqust 2016 / 19:45 / Baxış sayı: 2088
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə “(Lənkəranskini) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbənin dediyinə görə, o, avqustun 17-ində axşam saatlarında İstanbuldakı otellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.

Milli.Az Rosbalt-a istinadən bildirir ki, bundan sonra Rövşən Lənkəranski oteldən çıxıb və Range Rover markalı avtomobilin arxa oturacağına əyləşib. Arxada isə Lənkəranskinin mühafizəçilərinin olduqları maşın vardı.
R.Lənkəranskinin olduğu maşın sürətlə yerindən götürülüb, arxadakı maşın bir qədər geri qalıb. Bu da arxadakı maşında oturmuş adamların həyatını xilas edib.

Qəflətən Range Rover gülləbaran olunub. Atəş açanlar ən azı 3 nəfərdilər və onlar maşına irəlidən, yandan, arxadan atəş açırdılar. Sürücü maşını saxlayıb, sonra avtomobil geriyə hərəkət edib, atəş xəttindən çıxıb.
“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar “Ded Xasan”ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə razılıq və yaxşı pulu da “qanuni oğrular”ın verdikləri aydındır”, – mənbə deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə