Rövşən Lənkəranski yaşayır? – İDDİA
Rövşən Lənkəranski yaşayır? – İDDİA
24 Noyabr 2016 / 16:15 / Baxış sayı: 3688
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dörd ay əvvəl Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yenidən xəbərlər yayılıb.

Aynur Zeynalova adlı istifadəçi sosial şəbəkədə yaydığı məlumatda Rövşən Lənkəranskinin sağ olmasına dair iddiaları yenidən səsləndirib.
O qeyd edib ki, Rövşən Lənkəranski Məhərrəm ayının 40-cı günü Lənkəranda, ata ocağında, ailəsinin, yaxınlarının yanında olub. Belə ki, azərbaycanlı avtoritet hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayıb: “O, hər il Məhərrəm ayının 40-da Lənkərana ata ocağına gəlirmiş… Bu il də adəti üzrə vəzifəsini yerinə yetirib”.
Aynur Zeynalovanın yazdığına görə, Rövşən Lənkəranskinin sağ olduğunu iddia edən etibarlı şəxslər var ki, onlar adlarının açıqlamasını istəmirlər.
 
Aynur Zeynalovanın öz şəxsi “Facebook” səhifəsindəki paylaşımını təqdim edirik:
“Hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayan böyük qardaşım (inciməsin yazıma görə)…Ay məni Rövşənin ölümünə inandıranlar, sizə səslənirəm, çəkinmədən, qorxmadan… Bilirəm ki, kimlər mənim yazdıqlarımı, paylaşdıqlarımı izləyir. Bəs deyirsiniz ki, Rövşən ölüb? Deyirdiz ki, hadisə belə olub, elə olub? Hətta hadisələri calaşdırıb gözümə soxanlar da oldu. Ortada “dəlil-sübut olmasa belə, bəlkə də haqlıdırlar, bəlkə də həqiqətən öldürülüb” öz-özümə deməyə başlamışdım.
Mən onsuz da araşdırmalarımı dayandırmamışdım. Mənə gələn yazıları, zəngləri, sözügedən insan haqda məlumatların hamısını araşdırdım. İndi də sizə belə bir yeni xəbər verirəm. Məhərrəm ayının 40-cı günü hörmətli avtoritet Rövşən Lənkəranski məhz Lənkəranda olub. Öz ata ocağında olub. Nə az, nə çox düz 4 gün orda qalıb. Anası, ailəsi, yaxın qohumları ilə görüşüb. Bunu Lənkərandan söyləyən şəxs heç də yalançı və uşağ-muşaq deyil”.
Qeyd edək ki, Aynur Zeynalova Rövşən Lənkəranskinin sağ olmasına dair iddianı bir müddət əvvəl də səsləndirmişdi.\cebhe.info\
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə