Rövşən Lənkəranski son mənzilə yola salınır – FOTO/VİDEO
Rövşən Lənkəranski son mənzilə yola salınır – FOTO/VİDEO
19 Avqust 2016 / 10:31 / Baxış sayı: 892
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu dəqiqələrdə cənazə namazının qılınması üçün hazırlıqlar başlanıb. 
Dini ritualın məscidin önündə də icra olunacağı haqda məlumat var.
Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar.
Bu da təbiidir. Yerli sakinlər deyirlər ki,  dini ritualların belə izdihamlı keçməsi Lənkəranda adətən Aşura mərasimləri zamanı müşahidə olunur.
Musavat.com-un verdiyi məlumata görə, səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar.
Rövşən Lənkəranskinin cənazəsinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli sayda adam var.
Hər dəqiqə əraziyə yeni-yeni şəxslər gəlir. Əllərində gül dəstələri gətirənlər də gözə dəyir.
Maşınlarda yatan şəxslərin çoxluğu onu deməyə əsas verir ki, Lənkərana Azərbaycanın hər yerindən, o cümlədən müxtəlif ölkələrdən də axın var.
Mərhumun dəfn mərasiminin saat 10-da cənazə namazından sonra olacağı gözlənilir.
 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə