“Rövşən Lənkəranski” kitabının müəllifi üsyan etdi
“Rövşən Lənkəranski” kitabının müəllifi üsyan etdi
21 Sentyabr 2016 / 11:56 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir ay əvvəl İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranski haqqında kitab yazan Bəhram Çələbi “cinayətkarlığın təbliği”nə yönəlik tənqidlərlə razılaşmır. Bizimxeber.az a24.az-a istinadən xəbər verir ki, “Qanun” Nəşrlər Evinin çap etdiyi Bəhram Çələbinin “Rövşən Lənkəranski” adlı kitabı sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.

Mərhum kriminal avtoritetlə bağlı kitabın nəşrini tənqid edənlər bu addımı cinayətkar dünyanı populyarlaşdırmaq cəhdi kimi qiymətləndiriblər.

Sözügedən tənqidlərlə bağlı açıqlama verən “Rövşən Lənkəranski” kitablnın müəllifi Bəhram Çələbi bildirib ki, kriminal aləm və onun məşhur liderləri haqqında əsərlərin nəşrini süngü ilə qarşılamaq doğru deyil:

“Bu kitabların dərci ilə müəllifin və naşirin guya cinayətkarlığı təbliğ etməsi haqda iddialarla razılaşmıram. Məsələn, “Xaç atası” əsəri və filmi kult əsərlər sırasındadır. Amma heç kəs bu əsərə başqa prizmadan yanaşmır. Belə kitablar və ya filmlər cəmiyyətə mənfi təsir göstərirsə, onda “Xaç atası”nı niyə qadağan etməyiblər? Bilirsiniz ki, indiyə kimi bir çox kriminal avtoritetlər haqqında kitab yazmışam və onlar maraqla qarşılanıb. Ded Xasanın qətlindən sonra nüfuzu daha da artan Rövşən Lənkəranski kriminal aləmdə və şişirtmə olmasın, dünyada tanınan şəxslərdən biri olub. Son bir neçə ildə Lənkəranski ilə bağlı materialları toplayaraq yeni kitab üçün baza yaradırdım. Onun qətlə yetirilməsindən sonra kitabı çapa hazırladım və nəşr edildi. Bu kitab cinayətkarlığın təbliği hesab olunmamalıdır. Əksinə, mən oxucuya bu yolun haraya apardığını göstərməyə çalışmışam”.

Milli.Az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə