Rövşən Lənkəranski barədə şok məlumat: 15 gün əvvəl türk polisi…
Rövşən Lənkəranski barədə şok məlumat: 15 gün əvvəl türk polisi…
20 Avqust 2016 / 11:59 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əldə edilən məlumata görə, hadisədən bir neçə gün əvvəl Türkiyə polisi “Rövşən Lənkəranski”ni saxlayıb. Amma “qanuni oğru” polisdə çox qalmayıb. Mənbəmiz deyib ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü isimlərindən olan Sedat Pekər işə qarışıb. 

Milliyyətçi cameədə də yaxşı tanınan S. Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir.

Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.

Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”nin İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin “qanuni oğru”nun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur. (Musavat.com)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə