Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb
Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb
08 Avqust 2016 / 15:29 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev və İranın neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub. SOCAR-dan verilən məlumata görə, R. Abdullayev Azərbaycan və İran arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyib.

İran prezidenti Həsən Ruhaninin Azərbaycan dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən R. Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulayıb.

İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR prezidenti ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq, bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahına xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə