Rövnəq Abdullayev Abbasi ilə görüşdü
Rövnəq Abdullayev Abbasi ilə görüşdü
08 Noyabr 2016 / 21:26 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində noyabırn 8-də Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

 

SOCAR-dan  verilən məlumata görə, Rövnəq Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat verərək bildirib ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir.

Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən Rövnəq Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açıb.

Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə