Roma Papası Qafqazda sülhə çağırdı
Roma Papası Qafqazda sülhə çağırdı
01 Oktyabr 2016 / 11:01 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Roma Papası Fransis Gürcüstana səfərinin ilk günündə siyasətçiləri regionda mövcud olan münaqişələrin həllinə çağırıb.

“Deutsche Welle” xəbər verir ki, o, cümə günü Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşü zamanı bildirib ki, heç bir etnik, dil, dini və ya siyasi fərq “münaqişələrin əbədi faciəyə” çevrilməsi üçün istifadə oluna bilməz.

Fransis, həmçinin “beynəlxalq hüquq çərçivəsində hər bir dövlətin hüquq və suverenliyinə riayət etməyə çağırıb. Papa Gürcüstana sülh və inkişaf yolunda çiçəklənmə və uğur arzu edib. Onun sözlərinə görə, bu yolun vacib şərti regionda ölkələr və xalqlar arasında sülh şəraitində yaşamaqdır ki, bunun üçün də onların arasında etimad və hörmətin möhkəmlənməsi lazımdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə