Roma Papası Ərdoğanı məyus etdi
Roma Papası Ərdoğanı məyus etdi
01 Avqust 2016 / 13:35 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

Katoliklərin dini lideri indiyə kimi bu mövzuda niyə danışmamasına belə aydınlıq gətirib: “Bu mövzuda danışmadım, çünki hələ orada nə baş verdiyindən əmin deyiləm”. 

Katolik kilsəsinin 2 ildən bir təşkil etdiyi Dünya Gənclik Günü səbəbiylə 27-31 iyul arası Polşaya səfər edən Roma Papası Romaya dönərkən təyyarədə mətbuat konfransı təşkil edib. Mətbuat konfransında Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı da sualları cavablayan Papa Fransisk rəsmi Ankaranın atdığı addımardan narahat olduğunu gizlətməyib. 
“Çevriliş sonrası Türkiyədəki təzyiqlər, bəlkə də hərbi çevrilişdən daha betərdir: Əsgərlər, hakimlər, diplomatlar, jurnalistlər başda olmaqla 13 mindən çox adam həbs olundu, 50 mindən çox adam vəzifəsindən çıxarıldı. Ərdoğan, onu tənqid edənlərə “Siz öz işinizə baxın” deyə cavab verdi. Siz indiyə kimi bu mövzuda niyə danışmırsız, Türkiyədə katoliklərə edilə biləcək təzyiqlərdən çəkinirsiz” sualına Roma Papası ötən il qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin əleyhinə dediyi fikirlərdən sonra yaşananları xatırladıb:
“Nəticələrini bildiyiniz üçün Türkiyənin xoşuna gəlməyən bir şey söyləmək lazım olduğunda bunu söylədim, lakin ondan əmin idim. İndi isə danışmadım, hələ orada (Türkiyədə) nə olduğundan əmin deyiləm”.

Roma Papası I Fransisk iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdinə münasibət bildirib. /Qaynar.info/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə