Rodriqo Düterte bu dəfə Trampa “ilişdi”
Rodriqo Düterte bu dəfə Trampa “ilişdi”
11 Noyabr 2016 / 10:21 / Baxış sayı: 416
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Tramp mənə bənzəyir”

 Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərdə Donald Trampın qələbəsindən sonra Filippin prezidenti Rodriqo Duterte müvafiq səviyyədə əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.
Bizmxeber.az  “Vesti Ru”ya istinadən xəbər verir ki, Tramp prezident seçiləndən sonra Dutertə Amerika ilə münasibəti bərpa etmək niyyətindədir.
“Trampla mənim aramda bir bənzərlik var. Biz hər ikimiz söyüş söyməyi çox sevirik. Xırda bir insident olur və biz ətrafda olanlara ağzımıza gələni söyləyirik. İkimizdə emosionalıq, biz demək olar ki eyniyik.
Düşünürəm ki Amerika ilə münasibətləri bərpa edəcəyəm, iki ölkə arasında hərbi-donanma təlimləri həyata keçiriləcək”-deyə, Duterte bildirib.
Qeyd olunur ki, Duterte dünən Donald Trampı qalib olması münasibəti ilə təbrik edib.
Xatırladaq ki, Durerte dəfələrlə Barak Obamanın ünvanına təhqirlər yağdırıb və Amerika ilə əməkdaşlıq etməkdən intina edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə