Rio Olimpiadası başa çatdı – FOTO-VİDEO
Rio Olimpiadası başa çatdı – FOTO-VİDEO
22 Avqust 2016 / 9:47 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunları başa çatdı. Qeyri-rəsmi komanda hesabında lider 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) qazanmış ABŞ yığmasıdır. Olimpiadanın baş qəhrəmanı isə amerikalı üzgüçü Maykl Felpsdir. Rioda 5 qızıl medal qazanan Felps 23 dəfə Olimpiya çempionu olub.
Milli.Az ESPN-ə istinadən bildirir ki, yamaykalı sprinter Hüseyn Bolt Rioda 3 qızıl medal qazanaraq karyerasında 9 dəfə Olimpiya çempionu olmuş atletə çevrildi.
Amerikalılar indiyədək Olimpiadalarda yalnız iki dəfə daha çox medal qazanmışdılar. ABŞ yığması 1984-cü ildə Los-Ancelesdə 174, 1904-cü ildə Sent-Lüisdə isə 239 qızıl medala yiyələnmişdi.
Rio Olimpiadasında Azərbaycan 1 qızıl, 5 gümüş və 10 bürünc medal toplayaraq komanda hesabında 39-cu, medalların ümumi sayına görə isə 17-ci yerdədir.
Komanda hesabında Ermənistan 1 qızıl və 3 gümüş medalla 42-ci, medalların sayına görə isə 46-cı yerdədir.
Komanda hesabında 2-ci yeri Britaniya (67 medal: 27 qızıl, 23 gümüş, 17 bürünc), 3-cü yeri Çin ((70; 26-18-26), 4-cü yeri Rusiya (56: 19-18-19), 5-ci yeri Almaniya (42; 17-10-15) tutublar. İlk onluqda Yaponiya (41; 12-8-21), Fransa (42; 10-18-14), Cənubi Koreya (21; 9-3-9), İtaliya (28; 8-12-8) və Avstraliya (29; 8-11-10) var.
Rio Olimpiadasına 87 ölkə qatılmışdı.
Bu gecə Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda 31-ci Yay Olimpiya Oyunlarının məşəli söndürülüb.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Oyunları bağlı elan edib: “Şərəfli və maraqlı 16 gündən sonra burada, Rio-de-Janeyroda son xidməti vəzifəmizi yerinə yetiririk. Oyunları bağlı elan edirəm. Ənənəyə uyğun olaraq bütün dünyanın gənclərini dörd il sonra Tokioya yığışmağa çağırıram. Gələn görüşlərədək, Rio”.
Olimpiadanın təntənəli qapanış mərasimində arenaya 3 min volontyor çıxıb, atletlərin paradı keçirilib.

Mərasimin sonunda Yaponiyanın baş naziri Sinzo Abe “santexnik Mario” obrazında arenanın ortasında peyda olub və tribunaları salamlayıb.

Bizimxeber.az 

Rio Olimpiadası başa çatdı - FOTO

 

Rio Olimpiadası başa çatdı - FOTO

Rio Olimpiadası başa çatdı - FOTO



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə