Rio-2016: Taekvondoçumuz 1/4 finalda
Rio-2016: Taekvondoçumuz 1/4 finalda
19 Avqust 2016 / 17:52 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani mübarizə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.

İdmançımız ilk hissədə rəqibindən 4 xal alıb. İkinci hissədə hesab 11:4 M.Harçeqaninin xeyrinə olub. Üçüncü hissədə də rəqibinə aman verməyən taekvondoçumuz növbəti mərhələyə yüksəlib – 13:6.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə