Rio-2016 minlərlə volonter işdən imtina edib
Rio-2016  minlərlə volonter işdən imtina edib
18 Avqust 2016 / 13:40 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az Washington Post-a istinadən bildirir ki, Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarında minlərlə könüllü ağır iş şəraitinə görə  kömək etməkdən imtina ediblər. 

15 min insan Olimpiya oyunlarının volonter proqramından çıxıb. Onlar çoxsaatlı iş rejimindən və yemək verilmədiyindən narazıdırlar.

Keçmiş volonterlərdən birinin dediyinə görə təşkilatçı komitə insanlardan pul qazanmaq üçün istifadə edir.

Olimpiya oyunlarının təşkilat komitəsinin dediyinə görə isə , volonterlərin azalması Rio-2016 oyunlarının davamına təsir etməyəcək.

Bu Rio-2016  Olimpiyadasında baş verən ilk qalmaqal deyil. Daha əvvəl də Olimpiadada cüdo üzrə bürünc medalçısını çimərlikdə döymüşdülər. Rio-2016 umumiyyətlə çoxlu kriminal olaylarla yadda qaldı.

 

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə