Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı YENİLƏNİB
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı YENİLƏNİB
17 Avqust 2016 / 9:30 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4
Bizimxeber

XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb.

AzərTAc xəbər verir ki, görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.

*   *   *19:28

Güləşçimiz Rəsul Çunayev, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. 1:4 hesabı ilə məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparacaq.

 

resul

*   *   *18:37

Yarımfinal qarşılaşmasında güləşçimiz Rəsul Çunayevin rəqibi erməni idmançı Miqrasn Arutyunyan olacaq.

*   *   *

Güləşçimiz Rəsul Çunayev 1/4 final qarşılaşmasında əlcəzairli rəqibinə 1 dəqiqə 40 saniyə ərzində 10:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

*   *   *18:02

Azərbaycanlı yunan-Roma güləşçisi, 66 kq çəki dərəcəsində çıxış edən Rəsul Çunayev 1/8 final döyüşümdə rusiyalı olimpiya çempionu İslambek Albiyevə 3:2 hesabı ilə qalib gəlib.

1/4 finalda idmançımızın rəqibi əlcəzairli Tarek Əziz Benaissa olacaq.

*   *   *17:33

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb.

66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə