Rio-2016: bu gün daha 4 idmançımız yarışacaq
Rio-2016: bu gün daha 4 idmançımız yarışacaq
21 Avqust 2016 / 11:49 / Baxış sayı: 822
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 16-ci günündə daha 4 Azərbaycan idmançısı yarışacaq.

Avqustun 21-i Bakı vaxtı ilə saat 15:46 sərbəst güləşçimiz Xetaq Qazyumov (-97 kq), saat 15:54-də digər sərbəst güləşçimiz Toğrul Əsgərov (-65 kq) və saat 16:30-da atlet Evans Kiplaqat (marafon) mübarizəyə qoşulacaqlar.

Həmçinin saat 22:00-da boksçu Lorenzo Sotomayor (-64 kq) qızıl medal qazanmaq üçün rinqə çıxacaq.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə