Rio-2016: Azərbaycan olimpiyaçılarını gətirən təyyarə gecikəcək
Rio-2016: Azərbaycan olimpiyaçılarını gətirən təyyarə gecikəcək
23 Avqust 2016 / 11:02 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə Bakıya saat 22:20-də çatacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Hava Yolları (AZAL) QSC mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Qeyd edək ki, Rio-de-Janeyroda hava limanında sıxlıq olduğu üçün Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin gecikəcəyi ehtimal edilir.

P. Kəsəmənski qeyd edib ki, Azərbaycan yığması və nümayəndə heyətini gətirəcək təyyarənin bu gün saat 18:20-də Bakıya eniş etməsi gözlənilirdi: “Ancaq sonradan Rio-de-Janeyronun hava limanından təyyarənin gec çıxması səbəbindən 4 saat gecikmə ola bilər. Təyyarənin Bakıya saat 22:20-də çatacağı gözlənilir”

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə