RİO-2016: Azərbaycan boksçusu yarımfinala yüksəldi ONUN DA RƏQİBİ ERMƏNİDİR
RİO-2016: Azərbaycan boksçusu yarımfinala yüksəldi ONUN DA RƏQİBİ ERMƏNİDİR
17 Avqust 2016 / 10:08 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 16-da Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında Azərbaycanı təmsil edən Lorenzo Kollazo Sotomayor (64 kq) dörddəbir finalda kubalı Yasnier Toledo ilə qarşılaşıb. Təmsilçimizin rəqibi Y.Toledo “London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Gərgin keçən qarşılaşmanın hər üç raundunda rəqibinə qalib gələn L.Sotomayor Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.

Boksçumuz yarımfinalda Almaniya yığmasının heyətində çıxış edən erməni əsilli Artem Harutyunyan ilə qarşılaşacaq. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, boks yarışlarında daha iki idmançımız mübarizəni davam etdirir. Avqustun 17-də Bakı vaxtı ilə saat 22:30-da Elvin Məmişzadə (52 kq) dörddəbir finalda özbəkistanlı Şaxobidin Zoirov ilə qarşılaşacaq.

Avqustun 18-də isə 75 kiloqram çəki dərəcəsində boks yarışının yarımfinalında Kamran Şahsuvarlı kubalı Arlen Lopez ilə rinqə çıxacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.(AzərTAc)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə